Qazaxıstan klubu tarix yazdı: ilk dəfə ÇL-də!

27.08.2025
-
09:58
|
|
Qazaxıstanın “Kayrat” klubu pley-off mərhələsində “Seltik”i penaltilər seriyasında keçib və tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
Referans xəbər verir ki, Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Əsas və əlavə vaxtda da hesab açılmayıb, buna görə də penaltilar seriyasına ehtiyac duyulub.
Penaltilərdə daha dəqiq oynayan “Kayrat” (3:2) Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək yalnız 2015/2016 mövsümündə “Astana”ya müyəssər olub.