Ukraynada bu kişilərə şərt qoyuldu – Vacib detal

ukraynada-bu-kisilere-sert-qoyuldu-vacib-detal-1756285356
|
|

  18-22 yaş arası kişilər hərbi qeydiyyat sənədi olmadan Ukraynanı tərk edə bilməyəcəklər.

Referans  xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko danışıb.

“Başa düşmək lazımdır ki, pasportla yanaşı, hərbi qeydiyyat sənədinin də olması zəruridir”, – o bildirib.

 
Demçenko əlavə edib ki, Sərhəd Xidməti ölkə vətəndaşlarına bütün təfərrüatları izah etmək üçün hökumət fərmanının dərcini gözləyir.

Bir gün əvvəl Ukrayna hökuməti yeni qərara əsasən, 18-22 yaş arası kişilərin ölkəni tərk edə biləcəyini açıqlamışdı.