Ən çox maaş verən futbol klubu açıqlandı

27.08.2025
-
14:20
|
|
Avropa klubları arasında futbolçulara ən yüksək maaş verən komandaların siyahısı açıqlanıb.
Referans xəbər verir ki, "L'Equipe"nin təqdim etdiyi reytinqdə ilk sırada İspaniya nəhəngi "Real Madrid" qərarlaşıb. Madrid təmsilçisinin futbolçularının illik orta maaşı 11,2 milyon avro təşkil edir.
Siyahının ikinci pilləsində 7,91 milyon avro ilə "Barselona", üçüncü yerdə isə 7,43 milyon avro göstərici ilə İngiltərə çempionu "Mançester Siti" mövqe tutub.
Daha sonrakı sıralarda "Bavariya" (7,38 milyon), eləcə də "PSJ" və "Arsenal" (hər biri 7 milyon avro) qərarlaşıb.