“Qarabağ” ÇL-in əsas mərhələsində! - VİDEO/YENİLƏNDİ

cl-qarabag-ferentsvaros-matcinda-ikinci-qol-canliyenilendi-1756315593
|
|

 UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başa çatıb.


Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade ilə Abdullah Zubir fərqləniblər. Rəqibdə isə Lenni Jozef, Barnabaş Varqa (penalti) və Aleks Tot diqqət mərkəzinə düşüblər.

İlk görüşdə 3:1 hesablı üstünlük əldə edən “Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edib.

***  

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda beşinci qol vurulub.

Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 82-ci dəqiqəsində rəqibin heyətində Aleks Tot diqqət mərkəzinə düşüb.

***  

 55-ci dəqiqədə Barnabas Varqa kobud oyuna görə təyin olunan penaltini qola çevirib.


***

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə öndədir.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda üçüncü qolu vurulub.

Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 45-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir komandamızı önə keçirib.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda ikinci qol vurulub.

Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 25-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro Andrade hesabı bərabərləşdirib.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.

Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 12-ci dəqiqəsində rəqibin heyətində Lenni Jozef fərqlənib.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

***

Bakı vaxtı ilə saat 20:45-də "Qarabağ" - "Ferentsvaroş" matçı start götürüb.