Bağ evinin həyətində meyit tapıldı

28.08.2025
-
10:46
|
|
Bilgəhdə meyit tapılıb.
Referans xəbər verir ki, hadisə Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda qeydə alınıb.
1990-cı il təvəllüdlü Mehralıyev Qoca Vəli oğlunun meyiti yaşadığı bağ evinin həyətində aşkar edilib.
Hadisənin motivi məlum deyil.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.