Azərbaycan nefti bahalaşdı

azerbaycan-nefti-bahalasdi-1756366673
|
|

  Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

Referans  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,31 ABŞ dolları və ya 0,45% artaraq 69,61 ABŞ dolları təşkil edib.

 
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,3 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.