Ayseldən Xoşqədəm Hidayətqızına: “3 il şər-böhtan qarşısında səbrlə dayanmışam” - FOTO 

ayselden-xosqedem-hidayetqizina-3-il-ser-bohtan-qarsisinda-sebrle-dayanmisam-fotonbsp-1690445067
|
|
  • Müğənni Aysel Əlizadə sosial şəbəkədə yeni paylaşım edib. 
  • Sənətçi şəxsi instaqram hesabında aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında baş verən məhkəmə prosesindən yazıb.
  • Aysel bu günə qədər məsələyə hüquqi qiymətin veriləcəyini ümid etdiyi üçün susduğunu dilə gətirib:
  • "Artıq iki gündür hər kəsə məlum olan məhkəməyə müraciət etdiyim iddia ilə bağlı qərarın çıxarılması haqda məlumatlar yayılıb. Qeyd edim ki, bu məlumatlar məndən xəbərsiz və mənim icazəm olmadan yayımlanıb.
  • Bu mövzu barədə nəticə əldə edənə kimi susub heç bir açıqlama vermək istəməmişəm. Lakin yayılan məlumatlardan sonra istədim ki, düzgün məlumatı məndən əldə edəsiniz. Məlum olduğu kimi verilişlərin birində haqqımda yayılan əsassız, yalan məlumatlar, şərəf və ləyaqətimi alçaldan, mənə dəymiş mənəvi zərər və işgüzar nüfuzuma vurulmuş ziyanla bağlı müvafiq qurumlara müraciət edərək iddia qaldırmışam. Artıq 3 ildir məhkəmə prosesi davam edir. Çoxları rəy bildirərək indi ayılıb, pulu bitib və s. kimi pis fikirlərlə bilmədən mühakimə edir.

  • Nəzərinizə çatdırmaq istəyirəm ki, haqqımda danışılan yalan, böhtan, alçaldıcı ifadələr səslənildiyi gündən etibarən məhkəməyə va müvafiq qurumlara müraciət etmişəm. Yəni bəzi insanların dedikləri kimi susmamışam. Sadəcə bu məsələyə hüquqi qiymət verilməsini istəmişəm və gözləmişəm".
  • Qeyd edək ki, iyulun 25-də Bakı Apellyasiya Məhkəməsində aparıcı Xoşqədəm Hidayətqızının Aysel Əlizadə haqqında efirdə işlətdiyi sözlərə görə ona təzminat ödəəməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 000 manat təzminat ödəməlidir.
  • Məlumat üçün bildirək ki, 2019-cu ildə “Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı, “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb, elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəm...”, “Onun ailəsini dağıdan şəxs isə sizlərin, hamımızın tanıdığı çox məşhur bir müğənnidir, əziz tamaşaçılar”, “Xanımın ailəsini dağıdır və xanımın 10 yaşlı uşağını həyat yoldaşı əlindən alır. Yaxşı bu müğənni niyə sənin ailəni dağıdır?”, “Sən nə vaxt bildin ki, o müğənni ilə bərabərdir, artıq o qadınla?”, - kimi fikirlər səsləndirib.
  • Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.