"Titanik"dən illər sonra görün NƏ TAPILDI - Batma SƏBƏBİ BU İMİŞ...

“Titanik” filmini izləyənlərin
fəciəli qəza haqqında az-çox məlumatı vardır. Bəs qəzanın texniki hissəsinə və mənəvi iç üzünə dair nələr bilirik?
Referans.az Titanikin batmasından sonra tapılan ən nadir və qeyri-adi əşyaları təqdim edir.
Titanik dövrünün ən böyük
gəmisi idi. Təxminən 275 metr uzunluğunda və hardasa 50 min ton ağırlığında
idi. 10 aprel 1912-ci ildə yeni bir mülki dənizçilik dövrünü başlatmaq üçün Saouthampton
limanından ayrılıb. Göz oxşayan avadanlıqları və dekorasiyası ilə sıradan bir
buxarlı gəmidən daha yaxşı üzən lüks bir otelə bənzəyirdi. Müasir su keçirməz
divarları və güncəlləşdirilmiş su boşaltma sistemi insanlara “Titanik”in
batmasının imkansız olduğunu düşündürürdü. Ancaq çox qısa bir müddətdən sonra
bunun nəhəg bir yanlışlıqdan başqa bir şey olmadığı orataya çıxdı.
14 aprel 1912-ci ildə radio
operatorları bölgədəki digər gəmilərdən bir neçə buz xəbərdarlığı almasına
baxmayaraq Titanik bütün sürəti ilə qaranlıqda hərəkət etməyə davam edirdi. Gecənin
irəliləyən saatlarında İngiltərənin “The
White Line” şirkətinin ən böyük
qüruru bir buz dağına çırpıldı və bir neçə saat içərisində Atlantik okeanının dondurucu
sularının dibinə batdı. Gəmidə olan 2200 nəfərdən çox insandan sadəcə 700-ə qədəri
xilas ola bildi. Gəminin qalıqları 70 ilə yaxın bir müddətdə okeanının dibində
dərin bir yuxuda idi. Nəhayət 1985-ci ildə qalıntıların yeri tapıldı və fəlakətin
yaşandığı günə dair sirrlər ortaya çıxmağa başladı.
Kaman
Titanikdə olan musiqi
qrupunun ürək dağlayan hekayəsini bir çoxunuz eşitmisiniz. Bəs hansınız gəmi
batarkən çalmağa davam edən kamançı hekayəsini bilirdiniz? 8 nəfərlik qrup
okeanın buzlu sularında batmağa məhkum olan bir çox kişi, qadın və uşaqları bir
az da olsun rahatlaşdırmaq üçün dünyadakı son saatlarında canını heçə saydı. Qaçınılmaz
son bir neçə dəqiqə irəlidə idi və sərnişinlərin çoxu təlaşlanmağa başlamışdı.
Həmin musiqi qrupu isə sərnişinləri sakitləşdirmək üçün əllərindən gələni ediblər.
Musiqi gəmidəki insanları sakitləşdirməyə kömək edib və son anlarını bir az
daha asanlaşdırıb. Qəzadan xilas olan bir çox insan musiqiçilərin son ana qədər
çalmağa davam etdiklərini bildirib.
Mələk heykəli
Bir
zamanlar Titanikin görkəmli pilləkənlərini bir mələk heykəli daha da cəlbedici
edirdi. Bu mələk James Cameron-un rekordlar qıran “Titanik” filmi ilə daha da məşhurlaşdı.
Ancaq bəzi insanlar üçün bu dini fiqurun çox daha dərin bir mənası var. Gəminin
ilk səyahəti yaxınlaşarkən Tanrının belə Titaniki batıra bilməyəcəyi iddiaları
yayılmağa başlamışdı. Lakin bunun şirk qoşmaq məqsədi ilə bəzi insanların bilərəkdən
etdiyi ortaya çıxdı. Filmdəki mələk sıx-sıx originalı ilə qarışdırılır. Daha
kiçik bir ölçüyə sahib həqiqi mələk isə 1987-ci ildə bir axtarış zamanı dağıntılar
altından xilas edildi və sərgiyə qoyuldu.
Həyəcan zəngi
14 aprel 1912-ci ildə gözətçi Fredrik Flitin gəminin qarşısında olan buz parçasını gördü. Flit dərhal həyəcan siqnalını çaldı və ardınca təhlükə hesabatı verdi. Bu hadisədən bir neçə il sonra Titanikin sonunun xəbərçisi olan zəng təkrar gün işığına çıxdı. Hazırda isə İngiltərədə bir muzeydə sərgilənir. Digər bütün ekipaj üzvünün əksinə Fredrikin qəzadan sağ çıxması şans əsəri deyildi. Bunu onu xilas edən 6 nömrəli cant qurtaran botuna borclu olduğunu bildirmişdi.