Qatığa 1 qaşıq əlavə etmək kifayətdir - Həm arıqladır, həm də cavanlaşdırır

Bu gün sağlam həyat vərdişləri geniş yayıldıqca insanlarda daha sağlam qidalanmaq və asanlıqla arıqlamaq istəyi artır. Bədəni və xüsusən də ürəyi cavanlaşdıran bu qida ilə həm arıqlama sürətinizi artıracaq, həm də sağlam həyata doğru addım atacaqsınız.
Hazırda sağlam həyat vərdişləri çərçivəsində keçmişdə tez-tez istifadə edilən müalicə üsulları yenidən populyarlaşmağa başlayıb. Təbiətin möcüzəvi qidaları arasında yer alan bəzi ədviyyatlarla sağlamlığınıza sağlamlıq qata bilərsiniz . Bu ədviyyatdan gündə bir qaşıq qatığa qatdığınız zaman onun yaşlanma əleyhinə və arıqlama təsirini asanlıqla görərsiniz.
Sumaq turşa şirin dadlı ədviyyat olduğuna görə hər kəs tərəfindən üstünlük verilmir. Ancaq sağlam quruluşu və antioksidantları sayəsində bədəni həm qoruyan, həm də cavanlaşdıran ədviyyatdır. Gündə 1 çay qaşığı sumağı 1 kasa qatıqla qarışdırıb yedikdə maddələr mübadiləsinin sürətlənməsi və hüceyrələrin yenilənməsi sayəsində gənc qala biləcəksiniz. Gündə 1 qaşıq sumağı qatıqla qəbul etməyin faydaları bunlardır:
Ürək sağlamlığını qoruyur: Sumaq antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik ədviyyatdır. Bu xüsusiyyətləri sayəsində gündəlik sumaq istehlakı ürək xəstəlikləri riskini minimuma endirir. İnfarkt və iflic riskini də azaldan sumaq yüksək xolesterin səviyyələrini də tarazlayır.
Arıqlamağa kömək edir: Sumaq yağ parçalayan ədviyyat kimi də tanınır. Sağlam quruluşu ilə sumaq maddələr mübadiləsini sürətləndirir və həzmi dəstəkləyir. Bu şəkildə arıqlamağa kömək edir.
Xərçəngə qarşı qoruyucudur: Tərkibindəki sağlam komponentlər sayəsində sumaq orqanizmin xərçəng hüceyrələrinə müqavimət göstərməsinə kömək edir. Faydalı quruluşu ilə sumaq xərçəngə qarşı qoruyucu ədviyyatdır.
Fidan Vəlisoy