DTX-nın həbs etdiyi casus Fidan Əliyeva KİMDİR? – O, erməni xüsusi xidmət orqanı əməkdaşı ilə görün necə tanış olub 

dtx-nin-hebs-etdiyi-casus-fidan-eliyeva-kimdir-o-ermeni-xususi-xidmet-orqani-emekdasi-ile-gorun-nece-tanis-olubnbsp-1693243563
|
|

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 


Referans.Az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.  O özünü ittihamlarda təqsirli bilməyib. Qeyd edib ki, o Ermənistanın xüsusi xidmət orqanları ilə məkdaşlıq etməyib: “Telegram kanalında bir nəfər Rusiya vətəndaşı ilə tanış olmuşam. Məqsədim tanışlıq olub. Mən ona Azərbaycan barədə məlumat vermək məqsədim olmayıb”.


Proses sentyabrın 25- də davam etdiriləcək.


İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Fidan Əliyeva “Telegram”sosial şəbəkəsində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub. O uzun müddət həmin şəxsə Azərbaycan haqqında məlumatlar verib, foto və video görüntülər göndərib.


Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Fidan Əliyeva saxlanılıb./News24.az/