DİQQƏT! Bu 9 qida kişilərdə spermanı gücləndirir

diqqet-bu-9-qida-kisilerde-spermani-guclendirir-1696411641
|
|

Uşaq sahibi olmaq həmişə düşündüyünüz qədər asan olmaya bilər. Bu prosesdə ortaya çıxa biləcək ən məşhur problem sonsuzluqdur. Ancaq sonsuzluq tək problem deyil. Keyfiyyətli və kifayət qədər sayda sperma olması da mühüm amildir. Rəqəmlərə görə, reproduktiv yaşda olan hər 6 cütdən birində sonsuzluq müşahidə edilir. Bu cütlərin 25 faizinin uşaq sahibi ola bilməməsinin səbəbi sperma sayının az olması və keyfiyyətsiz spermadır.


Tədqiqatlar göstərir ki, idman etmək, stressdən qurtulmaq, sağlam qidalanma vərdişlərinə yiyələnmək, spirt və siqaret kimi pis vərdişlərdən uzaq durmaq kimi sağlam həyat tərzi vərdişləri sperma sayını və sperma keyfiyyətini artırır.


Bəs, ata olmaq şansını artırmaq üçün hansı qidaları müntəzəm olaraq istehlak etmək lazımdır?


Balıq Spermanın keyfiyyətini yaxşılaşdırır


Omeqa 3-ün sperma keyfiyyətinin yaxşılaşdırılmasında müsbət təsiri son illərdə aparılan elmi araşdırmalarla sübut edilmişdir. Bu səbəbdən həftədə iki dəfə somon, sardina və hamsi kimi yüksək omeqa 3 tərkibli balıqların mütləq süfrənizdə olması lazım olduğunu bildirir.


Dəniz məhsulları Sperma Sayını Artırır


Dəniz məhsulları (midye, istiridyə və s.) yüksək miqdarda sink ehtiva edir. Sink sperma sıxlığını və hərəkətliliyini artırdığı üçün sperma keyfiyyətini yaxşılaşdırır. Dəniz məhsulları həmçinin D, C, B12 vitaminləri və dəmir, mis və selen kimi sperma parametrlərinə müsbət təsir edən bir çox maddələrlə zəngindir. Ona görə də bu növ qidaların süfrənizdə daha tez-tez olması faydalı olardı.


Pomidor Sperma Sayını Artırır


Mövsümdə istehlak edilən pomidor sperma sayını və keyfiyyətini artırır. O qədər ki, mövsümündə istehlak edilən pomidorun təbii olaraq sperma sayını və keyfiyyətini yüzdə 70 artırdığı ifadə edilir. Pomidor bu faydanı prostat xərçənginə qarşı da qoruyucu təsiri olduğu bilinən likopen sayəsində təmin edir.


Fol turşusu üçün ispanaq


Fol turşusu sağlam sperma inkişafı üçün vacib hesab olunur. Yaşıl yarpaqlı tərəvəzlər fol turşusunun yaxşı mənbəyidir. Bunlardan ən məşhuru ispanaqdır. Yüksək fol turşusu səviyyələri spermada anormal sperma sayını azaldır və beləliklə, spermanın yumurta ilə nüfuz etmə şansını artırır.


Gündə 1 yumurta yeyin


Gündə 1 və ya 2 yumurta yemək sperma keyfiyyətinə müsbət təsir göstərir. Yumurta, tərkibindəki antioksidantlarla spermanı sərbəst radikallara qarşı qoruyaraq spermadakı sağlam sperma sayını artırır. Kolin, inositol, A və E vitaminləri ilə zəngin olan yumurta həm də amin turşuları, yəni zülal baxımından ən zəngin qidalardandır. Bundan əlavə, yumurtaları qaynadıb istehlak etmək amin turşuları kimi qida maddələrinin daha asan mənimsənilməsinə kömək edir.


Aqil Qarayev