Sildiyiniz şəkillər əslində silinmirmiş - TELEFON SATARKƏN DİQQƏTLİ OLUN 

sildiyiniz-sekiller-eslinde-silinmirmis-telefon-satarken-diqqetli-olunnbsp-1698648580
|
|
Smartfonlar əlaqə saxlama vasitəsi olmaqla yanaşı, bir çox digər funksiyaları yerinə yetirirlər.
 
 
Bunlardan biri də yaddaş funksiyasıdır. Bu funksiya sayəsində yaddaşın həcmindən asılı olaraq, minlərlə faylı mobil telefonda saxlamaq olar. Lakin smartfonlar da digər əşyalar kimi daim istifadə olunmur. İnsanlar bir müddət sonra onları ya xarab olub, ya köhnəlib deyə və ya hansısa başqa bir səbəbdən satmağa çalışırlar. Bunun üçün əsasən ikinci əl telefonların alış-verişi ilə məşğul olan mağazalara müraciət edirlər. Burada həmin telefonlar alınaraq, yenidən satışa çıxarılır.
 
 
Bəs görəsən format etməklə telefonun yaddaşındakı fayllar həqiqətən də silinirmi? İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyir ki, insanlar telefonlarını satanda təhlükəli məqamlara diqqət etməlidir. Onun sözlərinə görə, telefon istənilən qədər format edilsə də, ondakı faylları yenidən bərpa etmək mümkündür. Ekspert bildirir ki, nəinki telefonlarda, digər yaddaş qurğularında da, sınmış halda olsa belə silinmiş faylları bərpa etmək mümkündür.
 
 

Ona görə tövsiyə olunur ki, satmazdan əvvəl qurğulardakı faylları silmək üçün ya mütəxəssisə müraciət edilsin, ya da ümumiyyətlə bu cihazlar satılmasın. Çünki silinmiş faylların bərpası ilə şəxsi məlumatların ələ keçirilib yayılması təhlükəsi istənilən halda var./APA