Bakıda şok anlar: Küçədə lüt yatan şəxs görün kim imiş -VİDEO

bakidanbsp-tragikomik-hadise-skamyada-cilpaq-yatdi-hebs-edildi-1699265762
|
|
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 ünvanının qarşısında- ictimai yerdə çılpaq yatan şəxs saxlanılıb.

 
Bina sakini binanın qarşısındakı skamyada 1 nəfərin sərxoş və çılpaq vəziyyətdə yatması, qışqırması, uşaqları öldürəcəyi ilə hədələməsi barədə polisə müraciət edib. Onlar tanımadıqları şəxsin 2-3 gündür çılpaq halda skamyada yatdığını deyiblər.
 

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları qeyd edilən yerə gedərək həmin şəxsi müəyyən ediblər. Bu zaman o, müqavimət göstərərək polislə birgə getmək istəməyib.



Şöbəyə aparılan saxlanılan şəxsin Lənkəran rayon Boladi kənd sakini, 1977-ci il təvəllüdlü S.Salahov (şərti) olması müəyyən edilib və barəsində inzibati protokol tərtib edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.