Tanınmış aparıcı ATV-dən getdi - FOTO 

taninmis-aparici-atv-den-getdi-fotonbsp-1699986865
|
|

Uzun illərdir ki, Azad Azərbaycan telekanalında çalışan aparıcı İlhamə Bədəlova işindən ayrılıb.


Referans.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Həkimsən" verilişinin aparıcısı başqa kanalda işə başlayır. Bədəlova artıq "Space" TV-də fəaliyyətini davam etdirəcək.


Bu gün sözügedən proqramın əvəzinə "Bir kişi, bir qadın" serialı yayımlanıb.


Aparıcı "Həkimsən" verilişi ilə yanaşı bir müddət Vüsalə Əlizadəni "7 canlı" proqramında əvəz etmişdi.