Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA - Hidrometeoroloji Proqnozlar Bürosu ELAN ETDİ/VİDEO

hava-seraiti-ile-bagli-muhum-aciqlama-hidrometeoroloji-proqnozlar-burosu-elan-etdivideo-1701145489
|
|

  Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Şəbnəm Qurbanova bildirib ki, temperatur əvvəlki günlərlə müqayisədə dəfələrə enəcək.

Bu arada, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bildirilib ki, güclü küləklə bağlı dənizdə dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir.