Azərbaycanda məşhur mağazalar şəbəkəsi BAĞLANDI

azerbaycanda-meshur-magazalar-sebekesi-baglandi-1704801794
|
|

  “Sabina Perfumery&Cosmetics” şirkəti ləğv olunub.

 
Bu barədə Dövlət Vergi Xidməti elan dərc edib.



Kreditorlar iki ay ərzində tələblərini Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.


Qeyd edək ki, “Sabina P and C” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elmar Ramiz oğlu Quliyevdir.