Kriminal avtoritet "Dana Vüqar"ın qardaşını öldürən şəxs barəsində QƏRAR VERİLDİ

kriminal-avtoritet-dana-vuqarin-qardasini-olduren-sexsden-xeber-var-1707918798
|
|

Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib



Referans.Az-ın əldə etdiyi məlumata görə, ötən il oktyabrın 19-da Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.



İstintaqla 1994-cü il təvəllüdlü Elvin Zaxarovun həmkəndlisi Fariz Ağayevi aralarında yaranmış mübahisə zamanı kənd ərazisində bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Elvin Zaxarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib