Lazer epilyasiyasının dərimizə ZİYANI VARMI? - AÇIQLAMA

23.02.2024
-
15:05
|
|
Günümüzdə insanlar, əsasən də qadınlar artıq tüklərdən xilas olmaq üçün müxtəlif üsullara əl atırlar. Bu üsullardan biridə lazer epilyasiyadır. Bəs əksəriyyət insanın getdiyi lazer epilyasiyanın bədənimizə, dərimizə əks-təsirləri varmı?
Mövzuyla bağlı La studio mərkəzlərinin rəhbəri, lazeroloq Lamiyə Şərifova Referans.az-a açıqlama verib.
"Lazer epilyasiyanın dərimizə heç bir əks-təsiri yoxdur. Lazer şüası yalnız tük follikullarının dərinliyinə maksimum 4,5 mm qədər çatır. Bu şüa heç bir daxili orqanlara çata bilməz və onlara zərər yetirə bilməz.
Lazer epilyasiyasının əks-təsirinə bu günə qədər rastlanmamışdır. İstifadədən sonda bəzən dəridə yüngül köpmə və qızarma ola bilər. Buda gün ərzində keçib gedir. Hər hansı bir dəri xəstəliyinə bağlayıb, özlərini qorxutmasın xanımlarımız, bu sadəcə dəri həssaslığı ilə bağlıdır".
Aytac Hacıyeva