Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq 

maradonanin-qizil-topu-herraca-cixarilacaqnbsp-1715111117
|
|

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında qazandığı "Qızıl top" hərraca çıxarılacaq.


Açıq satış iyunun 6-sı Fransada baş tutacaq.


2022-ci ildə Maradonanın DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu top hərracda 2 milyon funta satılıb. Bundan başqa, həmin il argentinalının matç zamanı geyindiyi forma 9,28 milyon dollara öz sahibinə qovuşub.


Qeyd edək ki, D.Maradona 2020-ci ildə 60 yaşında vəfat edib.//report