Putin Şoyqunu bu hadisəyə görə uzaqlaşdırıb - Sensasion iddia

Müdafiə nazirinin müavini Timur İvanovla korrupsiya qalmaqalı fonunda Sergey Şoyqunun müdafiə naziri postundan uzaqlaşdırılması ilə bağlı şayiələr fəal müzakirə olunub.
Bu barədə “Vedomosti”yə nazirliyə yaxın mənbə məlumat verib.
“Müdafiə Nazirliyinə yaxın mənbə qeyd edir ki, nazirin dəyişdirilməsi ilə bağlı söz-söhbətlər var idi və andiçmə mərasimi nə qədər yaxın olsa, bir o qədər fəal müzakirə olunurdu. O cümlədən nazirlikdəki korrupsiya halları fonunda bu müzakirələr artmışdı”, - nəşr yazır.
Xatırladaq ki, mayın 7-də Putinin andiçmə mərasimindən sonra Rusiya hökuməti istefa verib. Bundan sonra Şoyqu Müdafiə Nazirliyinin rəhbəri postunu tərk edərək Təhlükəsizlik Şurasının katibi olacaq. Prezident bu vəzifəyə əvvəllər baş nazirin birinci müavini olmuş Andrey Belousovu təklif edib.
Rusiyada hökumətin istefasından əvvəl məlum olub ki, müdafiə nazirinin müavini İvanov milyard rubldan çox rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. O, iyunun 23-dək həbs olunub. /Publika.az
Publika.az xəbər verir ki, bu
Publika.az xəbər verir ki, bu
Publika.az xəbər verir ki, bu Publika.az