“Bakı Bus”un Gəncə reysi neçəyədir?

28.05.2024
-
10:36
|
|
Bu gündən "BakuBus" MMC paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) ölkə.az-a bildiriib ki, qiymətlərdə dəyişiklik yoxdur: "Paytaxtdan Gəncə istiqamətində və əksinə bir istiqamət üzrə biletin qiyməti 10,4 manat təşkil edir".
Qeyd edək ki, Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.