"Ayşənin qolunu kəsib, sonra SKOÇLAYIB yerə atıb..." - Binadan atılan gənc qadının anası və dayısı DANIŞDI - TƏFƏRRÜAT   

aysenin-qolunu-kesib-sonra-skoclayib-yere-atib-binadan-atilan-genc-qadinin-anasi-ve-dayisi-danisdi-teferruatnbsp-nbsp-1722250422
|
|
Xırdalanda yaşayış binasından əri tərəfindən atılan Ayşən Kazımovanın ölümü ilə bağlı yeni detallar üzə çıxıb. 

Bu barədə Referans. az-a  mərhumun dayısı Osman Mustafayev və anası Nübar Məmmədova məlumat veriblər. Dayı açıqlamasında bildirib ki, Ayşənin əri narkotik istifadə edirmiş və bacısı qızını da ondan ayrılmasın deyə narkotikdən istifadə etməyə məcbur edirmiş:

"Onu narkotikdən asılı vəziyyətə salmışdı. Ayşən nə olsa da qaçıb ərinin yanına gedirdi. Anasını- atasını, qardaşını öldürəcək deyə qorxudurmuş. Ayşən öz biliyinə yüksək balla Sumqayıt Dövlət Universitetinin Riyaziyyat- informatika ixtisasına daxil olmuşdu, 3- cü kursda oxuyurdu. Sonra bu oğlan qızı "bişirdi" və qaçırdı. Qızın həqiqətən də ona öz istəyi var idi. Sonradan öyrəndik ki, Ayşəndən qabaq kimisə də qaçırıb, amma, yiyəsi gəlib aparıb. Öyrndik ki, Ayşənin qaynı narkotik satırmış və onu öldürüblər. Oğlanın özü narkotik istifadə edirdi və son iki ayda qızı da məcbur narkotikə alışdırıb ki, qaçıb getməsin. Ayşən xalası gilə gedən zaman oğlan "zabor"dan hoppanıb bıçağı çıxarıb onu, anasını və özünü öldürəcəyi ilə hədələyib . Ayşən o qədər anası- atasına, qardaşına bağlı qız idi ki, yanına düşüb gedib. Əgər oğlan onu qeyrət üstündə öldürsəydi. gedib onun anasının əllərindən öpərdim. And olsun Rəbbimə, o qız kimi namuslu qız olmamışdı.

Osman Mustafayev bildirir ki, əri Ayşəni binadan atandan sonra onu yerdə təpikləyib və əllərindəki qızıllları çıxarıb aparıb: "Görün Ayşən Allahın necə əziz bəndəsi olub ki, 9- cu mərtəbədən yerə düşüb, amma, sağ qalıb, olanları danışa bilib. Kəlimeyi- şəhadətini deyib, sonra rəhmətə gedib".

Dayı deyir ki, qonşularının sözlərinə görə, əri birinci Ayşənin qolunu kəsib, sonra skoçlayıb binadan atıb: "Çünki  onun bir qolunda skoç var idi. Ayşənin başı dəmirə dəyib dağılıb. Azərbaycan dövlətinin qanunlarına inanırıq". 

Mərhum Ayşən Kazımovanın anası Nübar Məmmədova da saytımıza danışıb, eksklüziv açıqlamalar verib. Ana "Telegram"da Ayşən haqda pis şeylər paylaşılmasından narahatlığını dilə gətirib: 

"Mənim qızım haqda pis yazıların hamısının silinməsini istəyirəm. Sabah qızımın 7 mərasimidir. Xalası yuxuda görüb ki, Ayşən ona deyir ki, xala utanıram, mən telefonlarda gəzirəm. İndiyədək qızım heç bir sosial  şəbəkədə öz şəklini, vidoesunu paylaşmayıb. Ancaq votsap statuslarında nəsə paylaşıb. Görün mənim balamı nə günə qoydular?! Mənim uşağımı narkotikdən asılı vəziyyətə salıb. Mən həmişə istəyirdim qızımı o evdən çıxarım. Ayşən qaçan ilk gündən onun telefonunu alindən almışdılar. Ona telefon işlətməsinə icazə vermirdilər. 2 ay qızımla görüşməyə qoymadılar. Zəng edəndə oğlan həmişə yanında olurdu, onun telefonu ilə danışırdıq, heç zaman qızımla ana- bala kimi sərbəst danışmamışıq. 2 ay sonra polisə müraciət etdim və köməklik elədilər gedib qızımın yaşadığı yeri gördüm. Oğlum qaçdığına görə Ayşəni bağışlamırdı. Çünki oğlum kürəkinimi yaxşı tanıyırdı. Kürəkənim heç bir yerdə işləmirdi. Nə zaman soruşurduq deyirdi mənim işləməyimə ehtiyac yoxdur. Qızımı binadan atandan əvvəlcə qolunu kəsib. Qızımın qolunu təkcə kəsməyib, qışqırda- qışqırda kəsib. Deməli biri tutub, biri də kəsib. Nə vicdanısızlıqdır, səs- küyü eşidib kimsə zəng vurub polisə xəbər etməyib.

Nübar Məmmədova deyir ki, kürəkəni qızının evdə qolunu kəsən zaman qonşular polisə zəng vursaydı,  hadisəyə müdaxilə olardı və qızı pəncərədən atılmazdı. Ən azından balası qolsuz olsa da yaşayardı:

"Ayşənin etiraf etdiyi videonu çəkən zaman telefonun işığı yanılı olub. Həmin vaxtı oğlan bir əli ilə Ayşənin saçından tutub, bir əlindən də səs gəlir. Onun əlində ya bıçaq var, bıçağı şaqqıldadır, ya da çırtma vurur. O videonu çəkən elə çəkib ki, Ayşənin saçı sarı görünür. Telefonun işığı düşəndə qara saçı sarımtıl göstərir. Yüz faiz bu zaman onların yanında kimsə olub. Telefonu yuxarıdan tutub çəkiblər. Bunu da bilmək üçün kameralar var, binaya kim girib- çıxıb yoxlamaq lazımdır. Yası verəndən sonra araşdırma aparılması üçün prokurorluğa gedəcəyik. Hadisə törədiləndən dərhal sonra oğlanı polis tutub. Necə oldu ki, bu video yayımlandı? Kim yaydı? Deməli onun əlbiri olub və o yayıb. Yəni tutulursa, video yayımlansın ki, kimsə onu günahkar görməsin". 

Qeyd edək ki, bir neçə gün öncə 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.  Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, lakin, dünyasını dəyişib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Şəlalə Babayeva