Bakıda qohumlar bıçaqlandı - 20 yaşlı oğlan saxlanıldı

30.07.2024
-
10:57
|
|
İyulun 29-da saat 01 radələrində Bakı şəhər Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
1999-cu il təvəllüdlü Emin Valeh oğlu Fərmanlı və 1989-cu il təvəllüdlü qohumu Tural Misir oğlu Fərmanlı kəsilmiş-deşilmiş xəsarətlərlə Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.
İlkin araşdırmalardan sonra hadisəni törətməkdə şübhəli bilinin 2004-cü il təvəllüdlü Məmmədov Tural Mübariz oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./qafqazinfo