Dünyada trend olan Yusuf Dikeçin qolundakı saat: Görün neçəyədir – FOTO

dunyada-trend-olan-yusuf-dikecin-qolundaki-saat-gorun-neceyedir-foto-1723802233
|
|

2024-cü ildə Parisdə keçirilən Olimpiadada avadanlıqsız və son dərəcə sakit atıcılığı ilə iz qoyan və ani fenomenə çevrilən Türkiyənin gümüş medalçısı Yusuf Dikeçlə bağlı müzakirələr hələ də davam edir.


 İspaniyada nəşr olunan GQ jurnalı Yusuf Dikeçin məşhur pozasında biləyinə taxılan saatla bağlı araşdırma aparıb.


Çayını yenicə içmiş və səyahətə hazır olan birinin qayğısız durumunu xatırladan bir hava ilə 19 metr məsafəyə pnevmatik tapança ilə qarışıq komanda yarışında gümüş medal qazanan Dikeçin qısa müddətdə məşhur olduğunu xatırladan jurnal, onun saatı haqqında məlumat verib.


GQ, saatın “Nacar 07-290699-BNS6” olduğunu müəyyən edib. Qiymətinin 38 avro civarında olduğunu yazan jurnal, əvvəlki fotoşəkillərində də saatın Dikeçin biləyində olduğuna diqqət çəkib./Publika.az