Həkimlər bu TARİXDƏN işə qəbul imtahanı VERƏCƏKLƏR

Məlum olduğu kimi, müəllim kimi çalışmaq istəyən şəxslər işə qəbulla bağlı hər il imtahan verirlər. Sağlamlığımızın keşikçisi hesab olunan həkimlərin də işə qəbul zamanı imtahan verəcəyi ilə bağlı xəbər vermişdik.
Lakin layihənin nə zaman təsdiq olacağı və həkimlərin işə qəbul imtahanına hansı tarixdən start verəilcəyi ilə bağlı informasiya verilməmişdi.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, həkimlərin işə qəbul imtahanı 1 yanvar 2025-ci ildən start götürəcək.
Qeyd edək ki, həkimlərin işə qəbul imtahanı ilə bağlı Nazirlər Kabinetinin 344 nömrəli qərarı mövcuddur. Həmin qərarda bildirilir:
“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2129 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir”./Bizim.Media