Konstitusiyamızda Ermənistan haqda nə yazılıb? – Paşinyanı “dəli” edən cümlə
Ermənistan Baş naziri Nikol Paşinyan BMT kürsüsündə çıxışı zamanı Azərbaycanla bağlanacaq sülh müqaviləsinə Ermənistanın Konstitusiya Məhkəməsində baxılacağını bildirib. Eyni zamanda Azərbaycan konstitusiyasında Ermənistana qarşı guya ərazi iddiasının olduğuna da diqqət çəkib.
Bu ziddiyyət nədən qaynaqlanır? Paşinyan sülhdən yayınır?
Ermənistan Baş naziri Nikol Paşinyan ikili yanaşma nümayiş etdirir:
“O, gah Azərbaycanla sülh müqaviləsini tezliklə imzalanmasından danışır, gah da ordusunu yeni texnikalarla silahlandırır. Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü konstitusiya dəyişikliyinə cavab olaraq Ermənistan rəsmi Bakının da eyni addımı atmasını tələb edir. Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının olduğu ilə bağlı fikirlər səsləndirilir. Lakin bu belə deyil. Konstitusiyada Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğu qeyd edilib. Amma Ermənistan konstitusiyasının istinad etdiyi müstəqillik bəyannaməsində Qarabağ Ermənistan ərazisi kimi göstərilib. Bu məsələnin Konstitusiya Məhkəməsində müzakirəsinə ehtiyac belə yoxdur”.
Politoloqun sözlərinə görə, Ermənistanın bu kimi addımları sülh müqaviləsinin imzalanmasının ləngidilməsindən başqa bir şey deyil:
“Ermənistan Minsk qrupundan çıxmalı, konstitusiya dəyişikliyinə getməli, delimitasiya-demarkasiya prosesinə əngəl törətməməlidir. Bu halda Azərbaycanla sülh müqaviləsi imzalana bilər. Tərəflər Almatı bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanısa da Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiası qalmaqdadır”./Globalinfo.az