Daha bir məmur külli miqdarda qızılla tutuldu - Bakı aeroportunda əməliyyat - VİDEO 

daha-bir-memur-kulli-miqdarda-qizilla-tutuldu-baki-aeroportunda-emeliyyat-videonbsp-1735584349
|
|

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.


Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.



Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.



Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.\\Bakupost.az