DƏHŞƏT! Ərinin bibisi onu gürcü kişilərə satırmış... - Gəncədə dəhşətli OLAY 

dehset-erinin-bibisi-onu-gurcu-kisilere-satirmis-gencede-dehsetli-olaynbsp-1739443970
|
|

Bu dəfəki dəhşətli hadisə Azərbaycanda, qədim Gəncədə baş verib. Cinayət əvvəlcə başqa bir şəxsin üstünə atılsa da, sonda peşəkarların sayəsində əsl cinayətkar tapılıb.

"Referans" xəbər verir ki, Gəncə prokurorluğuna 50 yaşlarında olan Sənubər Alıyevanın Gəncə bazarının yaxınlığındakı evində qətlə yetirilməsi ilə bağlı məlumat verilib. İş o zamanlar prokurorluğun müstəntiqi olmuş Əli Ömərova tapşırlıb.

Sənubərin meyiti hadisədən bir neçə saat sonra qonşular tərəfindən aşkarlanmışdı. O, ağ izolyasiyalı elektrik məftili ilə boğulub öldürülmüşdü... Boğulmazdan əvvəl isə onun başına şüşə qabla zərbə vurulub. Daha sonra onu naqillə boğulub. Bu da azmış kimi qatil naqilin ucunu da çarpayıya bağlayıb. Daha sonra qadının meyitini çarpayının altına itələyib.

Otaqda açıq olan servantdan 850 qrama qədər qızıl, brilyand məmulatları tapılır.

Müstəntiq hadisə yerinə çatanda artıq hadisənin üzərindən müəyyən qədər vaxt keçir. Eyni zamanda kimsə bilərəkdən də hadisə yerindəki əşyaların yerini dəyişə, iz itirə bilərdi. Ancaq müstəntiqin də ən əsas işlərindən biri qətl törədilən yeri çox həssaslıqla analiz etməsidir. İlk gün ilk baxışdan mənasız görünən kişik bir detal cinayətin açılmasında açar rolunu oynaya bilər. Əli Ömərov isə hadisə yerini nə qədər diqqətlə araşdırsa da, qətl törədilən otağın içindən xüsusi diqqət çəkən dəlil tapa bilmir. Lakin o çölə çıxanda görür ki, divarın dibində bir pencək düyməsi var. Hansı ki, qatil də hadisəni törətdikdən sonra pəncərədən məhz həmin divarla sürüşərək aşağı hoppanıb. Çox güman ki, həmin düymə qatilindir.

Daha ətraflı videoda: