Güclü külək nə vaxta kimi davam edəcək?

22.08.2025
-
11:05
|
|
Avqustun 22-si saat 9:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
Bu barədə Referans -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Küləyin maksimal sürəti 23 m/s-dək güclənir.
Qeyd edilib ki, dənizdə dalğanın hündürlüyü 4.4 metrdir.
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti avqustun 22-si günün ikinci yarısından zəifləyəcək.