Gəncədə köməksiz qalan şəhər sakini xilas olundu

gencede-komeksiz-qalan-seher-sakini-xilas-olundu-1745084875
|
|

  Gəncədə mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan şəhər sakini xilas olunub.

Referans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, FHN-nin “112” qaynar telefon xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.