DƏHŞƏT! Gənclər bu səbəbdən CİNAYƏTLƏRƏ MEYİL EDİR

İyulun 25-də saat 02:00 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüdlü Tamella İsmayılova yaşadıqları ünvanda 2010-cu il təvəllüdlü oğlu tərəfindən qətlə yetirilib. Azyaşlı və yeniyetmələrin qətlə və ağır cinayətlərə meyil etməsi hansı psixoloji problemlərdən qaynaqlanır? Çıxış yolları nələrdir?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Referans-a açıqlamasında bildirib ki, yeniyetmə və gənclər arasında hansıki qətllə baş verəcək hadisələrin motivində oğlan uşaqlarının analarına, bacılarına qarşı olacaq ilkin patoloji qısqanclığıdır. Yəni təsəvvür edin ki, bir yeniyetməni valideyn gətirərsə və yaxud dünən müraciət edən ana "Oğlum heç inanmazdım ki, belə olsun. Hətta əl qaldırmağıma rəğmən döyülmək istəyir" deyir . Həmin ana ikinci dəfə ailə qurmaq istəyir, buna qarşı çıxan oğlu isə anası ilə əlbəyaxa döyüşə çıxır.
Psixoloq hesab edir ki, bəzən ailələrdə baş verəcək patoloji qısqanclıqlar - oğlan uşağının qəbul etmədiyi məqamlar var. Təəssüflər olsun ki, bu səbəblər də sonunda ölüm hadisəsi ilə nəticələnir. Ona görə də övladlarımızı böyüdərkən şəxsiyyət olmalarına, qarşısındakı insanlarla anlayışlı olmalarını onlara aşılamalıyıq. Bəzən görürsünüz ki, bir insanın iş yoldaşının ona iki dəfədən artıq zəng vurması və ya nəyisə soruşması yeniyetmə gənclərdə böyük qıcıqlara səbəb olur.
"Əgər belə hadisələr müşayiət ediriksə, mütləq şəkildə o yeniyetmələri psixoloqlara yönəltsinlər. Çünki gələcəkdə onlar ya qatil olurlar, ya da psixiatrik xəstəlikdən əziyyət çəkirlər. Bu yaşda olan övladların valideynləri diqqətli olmalıdırlar. Əsasən də oğul anaları daha çox diqqətli olmalıdırlar. Çünki bəzən xırda bir yalnışlıq bu cür problemlərin yaranmasına gətirib çıxarır", - deyə psixoloq Aytən Ələkbərova qeyd edib.
Məmmədov Hüseyn