Xaricdə təhsil almaq istəyənlərin sayı artıb - MARAQLI STATİSTİKA

xaricde-tehsil-almaq-isteyenlerin-sayi-artib
|
|

Ali təhsil almaq hər bir insanın həyatında mühüm rola malikdir. Şəxsin bilik və bacarıqlarının təkmilləşməsində, şəxsiyyətinin formalaşmasında ve dünya görüşünün artmasında son dərəcə vacibdir. Həvəsli olduğu ixtisas üzrə professionallaşmaq üçün isə ali təhsil almaq çox önəmlidir. Bununla bərabər universitet həyatı gəncin sosiallaşmasında, yeni təcrübələr əldə etməsində, yeni mühitlərə adaptasiya olmasında vacib rol oynayır. Hər bir gənc isə illərini sərf edərək universitet həyatında yüksək keyfiyyətli təhsil almaq istəyir. Son illərin statistikasına əsasən xaricdə təhsilə maraq və tələbat durmadan artmaqdadır. Buna səbəb isə xarici universitetlərin bir sıra üstünlükləridir: tədris boyunca tələbələrin doğru qiymətləndirilməsi, innovativ tədris metodologiyası, əlverişli vəsaitlər, effektiv təcrübə, tələbə həyatının aktiv və sosial şəkildə təşkil olunması - ümümilikdə isə yüksək keyfiyyətli təhsildir. 

Mövzu ilə bağlı Referans.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, cari ildə ali təhsil müəssələrinə qəbul üçün 100 000-ə yaxın abituriyent sənəd verib. Xaricdə təhsil alanların sayı isə 46 000-dir. Onun 26 000-ə qədəri Türkiyənin payına düşür. 18 000 min tələbə isə Ukrayna, Gürcüstan və Rusiyanın müxtəlif universitetlərində təhsil alırlar. “Sirr deyil ki, xaricdə təhsilin bakalavr pilləsinə qəbul əsasən attestatla aparılır. Hal-hazırda 22 000 tələbə Türkiyədə məhz sözügedən rəsmi sənədlə təhsil alır. Bu il xaricdə təhsil üçün təxminən 7 000-ə yaxın tələbənin müraciət edəcəyi planlaşdırılsada, hələki dəqiq proqnoz vermək mümkün deyil. Buna səbəb isə ali təhsil müəssələrinə qəbul prosessinin davam etməsidir. Yekun nəticələrin yalnız iyul ayında bəlli olacağı gözlənilir.”

Həmçinin ekspert onu da əlavə edib ki, abituriyentlər və onların valideynləri xaricdə təhsillə bağlı müraciət etmədən öncə həmin təhsil şirkətinin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparmalı, rəsmi qeydiyyat əsasında müqavilə imzamalıdırlar. Əks təqdirdə işbazlar tərəfindən aldadılaraq pulların mənimsənilməsi və 4 illik təhsilin sonunda alınan diplomun Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmaması kimi problemlərlə üzləşə bilərlər. Sözügedən problemlərin gələcəkdə qanun müstəvisində həlli üçün maksimum dərəcədə diqqətli olmaları vacibdir.

Ləman Bakuvi