Kollecdə və qiyabi təhsil alan tələbələrə VACİB XƏBƏR -  Hərbi xidmətdən möhlət HÜQUQU VERİLƏCƏK?

kollecde-ve-qiyabi-tehsil-alan-telebelere-vacib-xeber-nbsp-herbi-xidmetden-mohlet-huququ-verilecek-1690289071
|
|

Azərbaycanda ali məktəblərə qəbul olan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilir. Lakin, orta ixtisas məktəblərinə qəbul olan tələbələrə belə bir möhlət verilmir. Üstəlik, ali məktəb məzunu 1 il, kollec tələbələri isə 1,6 il hərbi xidmət keçir. Bütün bunlar haqlı olaraq narazılıq yaradır. Buna görə də, may ayında Milli Məclisdə Azərbaycanda kolleclərə qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi barədə mövzu müzakirə olundu. Elm və Təhsil Nazirliyi bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, eləcə də digər aidiyyəti qurumlara müraciət ünvanlayıb. 

Bu barədə Referans.az-a danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, Kollec tələbələrinə və digər bu kateqoriyadan olan şəxslərə hərbi xidmətdən möhlət hüququ vermək hazırda məqsədəuyğun deyil:

“Biz bilirik ki, əyani təhsil və magistratura təhsili alan şəxslər hərbi xidmətdən möhlət hüququ tanınmışdır. O cümlədən daha bir neçə kateqoriya var ki, onlara möhlət hüququ tanınıb. Hər bir şəxs qanunverciliyə uyğun şəkildə addım atarkən öz həyatını və gələcək təhsilini də buna uyğun olaraq düşünür. Yəni bu gün kollecə sənəd verənlər də, qiyabi təhsilə sənəd verənlər də bilirlər ki, onlar hərbi xidmətə gedəcəklər və bilərəkdən bu seçimi edirlər. Fikirləşirəm ki, biz bu məsələni genişləndirməklə bir növ təhsili sitimullaşdırmama istiqamətinə addımlar atırıq. Çünki biz təhsildə daha bacarıqlı şəxsləri sitimullaşdırmalıyıq”.


Hesab edirəm ki, hərbi xidmət hər bir gəncimiz üçün əslində bir həyat məktəbidir. Onların hərbi xidmət vəzifələrini yerinə yetirməsi həm özləri üçün, həm də cəmiyyətimiz üçün vacib bir məsələdir – Deyə Müşfiq Məmmədli bildirib.

Məsələ ilə bağlı Referans.az-a danışan təhsil eksperti İlqar Orucov hesab edir ki, kollec tələbələrinə və qiyabi təhsil alan tələbələrə möhlət hüququnun verilməməsi düzgündür:

“Kollec tələbələrinə və qiyabi təhsil alan tələbələrə möhlət hüququnun verilməməsi qaydalar çərçivəsindədir və mən düşünmürəm ki, həmin kateqoriyadan olan tələbələrə möhlət verilməlidir. Düzdür, təhsil müddətində ardıcıllıq pozulur, amma nəzərə almalıyıq ki, bütövlükdə bu dəyişikliyi etmək üçün qanunvercilikdə dəyişiklik olmalıdır. Bunu da nəzərə almlıyıq ki, qiyabi təhsil forması olaraq artıq dünyada özünü doğrultmur. Bütün dünyada olduğu kimi Azərbaycanda da qiyabi təhsilin ləğv olunması məqsədəuyğun olardı. Həmçinin bunu da qeyd edim ki, Azərbaycanda kollec tələbələri və qiyabi təhsil alan tələbələrin sayı kifayət qədər də çox deyil”.


Əyani təhsil alan magistrlar, bakalavrlar və doktorantlar təhsil müddətində hərbi xidmətdən azaddırlar. Bunun kollec tələbələrinə və ya qiyabi təhsil alan tələbələrə şamil olunması düzgün saymıram. Nəzərə almlıyıq ki, kolleclərə aşağı bal toplayanlar qəbul olur – deyə ekspert qeyd edib.