BOKT-lərin yeni səlahiyyəti təhlükə yarada bilərmi? - Ekspertdən AÇIQLAMA

bokt-lerin-yeni-selahiyyeti-tehluke-yarada-bilerminbspnbsp-1690886142
|
|

Prezident İlham Əliyevin “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə imzaladığı fərmana əsasən Azərbaycanda BOKT-lara kredit kartı buraxmaq səlahiyyəti verilib. Ötən gün verilən bu səlahiyyət bəzi sualları aktuallaşdırıb. Bu tip kredit kartlarının əhali üçün üstünlükləri nələr olacaq? Bank olmayan təşkilatlar tərəfindən verilən bu kartların hansısa mənfi situasiya yaratması mümkündür?

İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında bildirib ki, BOKT-lərin bu səlahiyyətinin vətəndaşlar üçün təhlükə yaratması gözlənilmir:

“ Əvvəlcədən də BOKT-lər kredit kartı verirdilər, lakin bu proses banklar vasitəsilə aparılırdı. Yəni bir bank olmayan kredit təşkilatı bir bankla razılaşırdı və bank BOKT-nin adından həmin kredit kartını vətəndaşa təqdim edirdi. İndi isə bank olmayan kredit təşkilatları bunu məhz özü edəcək. Əslində, bu fəaliyyət artıq test olunub və özünü doğruldub. Buna görə də heç bir risk yoxdur. Əksinə BOKT-lərin fəaliyyəti daha da asanlaşacaq”.


Fidan Vəlisoy