Məşhur aktyor kamera qarşısına ÇILPAQ KEÇDİ - Səhnədən həzz alsa da, filmi izlədikdən sonra PEŞMAN OLDU

meshur-aktyor-kamera-qarsisina-cilpaq-kecdi-sehneden-hezz-alsa-da-filmi-izledikden-sonra-pesman-oldu-1691671068
|
|

Bəzi aktyorlar filmə çəkilməkdən nə qədər zövq alsalar da, daha sonra filmdə rol aldıqları səhnələrə çəkildiklərinə görə peşman olublar. Bu siyahıda ssenariyə və ya izləyicilərin sözügedən səhnəyə verdikləri reaksiyaya görə həmin filmə çəkildiklərinə peşman olan aktyorlar mövcuddur.


Referans.az həmin aktyorları araşdırıb.


Kate Winslet


Titanik əfsanəvi bir filmdir və baş rolda oynayan aktrisa Kate Winslet isə hamımızın tanıdığı bir addır. Bəlkə də, bir çoxunuz Kate Winsletin Titanik filmi ilə bağlı nə kimi peşmanlıqları olduğunu maraqlanmısınız. Hər kəsin bildiyi kimi Kate-nin “məni fransız qızları çəkdiyin kimi çək” – dediyi məşhur səhnə unudulmazdır. Ancaq Kate Titanik çəkilərkən çox gənc olduğunu və buna görə də, rolu qəbul etdiyindən peşmanlıq hiss keçirdiyini bildirib.


Dakota Johnson


"Qaranlığın Əlli Tonu" filminin ulduzu Dakota Johnson da peşmanlıqları olan bir aktyordur. Hər kəsin cinsəlliklə bağlı səhənələriylə tanıdığı Johnson əslində bu səhnələri çəkərkən heç də həzz almadığını etiraf edib. O, saatlarla bağlı qalmış və qamçı ilə toqquşmuş kimi hiss etmiş. Bu səhnələrə isə emosional bir bədəl olaraq rəy bildirmişdir. Johnson səhnələrin çəkimi əsnasında rahatsız edici və tərli bir ortama məruz qaldığını da bildirib.


Margot Robbie


Bir çoxunuz bəlkə də, inanmayacaq, amma Suicide Squad filminin baş rol oyunçusu və super seksual “Harley Quinn”in ardında kefsiz bir Robbie var. Margot Robbie parlaq və əyləncəli geyimini ilk başda çox bəyəndiyini desə də, sonrasında qısa şortikinin onu narahat etməsinə görə, rahatsız olduğunu bildirib. Eyni zamanda paltarını geyinərkən hər kəsin ona baxmasından da narahat olduğunu dilə gətirib.


Hugh Jackman


Movide 43” filmində bir çox məşhur ulduz rol alıb. Osqar mükafatlı Kate Winslet, Ema Stovne daha bir çox aktyor filmdə rol alıb. Film yayımlandıqdan sonra son dövrlərin ən pis komediya filmlərindən biri olub. Əslində tanınmış aktyorun peşmanlığı da filmin yayınlandıqdan sonra münaqişələrə səbəb olması olub. Belə ki, Hugh Jackman filmin tanıtım reklamında belə yer almamağı seçib.  


Aqil Qarayev