Dünyanın ən qəribə evlilik ADƏTLƏRİ - Toy gecəsi bəy və gəlin...

Ənənələr xüsusilə də toy mərasimlərində
mədəniyyətdən mədəniyyətə böyük fərqliliklər göstərən ünsürlərdəndir. Bir yerdə
normal qəbul edilən ənənə, başqa bir yerdə tamamilə qəribə qarşılana bilər.
Referans.az dünyanın dörd
bir yanında əməl olunan evlilik adətlərini araşdırıb.
Cənubi Çin
Cənubi Çində toy üçün
hazırlıqlar başlamadan əvvəl cütlüklər təbiət anadan təsdiq almalıdırlar. Amma
bunu etmə şəkilləri isə bir qədər qəribədir. Belə ki, həm gəlin, gəm də bəy bir
toyuğu öldürüb onun qara ciyərini çıxarırılar. Əgər qara ciyər yaxşı bir vəziyyətdədirsə,
bu yaxşı bir əlamət olaraq qəbul edilir və toy mərasiminə davam edilir. əks təqdirdə
fərqli bir zamanda təkrar bunu etməlidirlər. Bu bəzilərinə qəddarcasına gələ
bilər, ancaq bunun Çin mədəniyyətində dərin bir keçmişi vardır.
Mavritaniya
Mavritaniya xalqı bir gəlini
gözəl edən faktorlar mövzusunda bənzərsiz bir düşüncəsi var. Dünyanın bir çox
yerində incə və estetik bir bədənin qadını gözəl edən əsas şey olduğuna
inanılır. Mavritaniyanın bəzi bölgələrində isə bunun tam tərsi keçərlidir. Oradakı
insanlar daha kilolu qadınların ruzini və bərəkəti təmsil etdiyinə bu səbəblə
isə gəlin olaraq daha cazibədar olduqlarına inanırlar. Mavaritaniyalı bir gəlin
kürəkən və ya anası tərəfindən çox zəif olduğu görünərsə, toydan əvvəl kilo
alması üçün ona vaxt verilir.
Cənubi Koreya
Bu ölkədə bəy və gəlin
nikaha girmədən əvvəl bir adəti yerinə yetirməlidirlər. Cənubi Koreyanın bu adətinin
baş rolunda sadəcə kişilər olur. Bu adətin məqsədi isə kürəkənin öz kişiliyini
sübut etməsidir. Adətən yaşlı bir qohum kürəkənin ayaqqabılarını çıxararaq onun
dabanına balıqla vurur. Bunu edərkən isə kürəkəndən gələcəklə bağlı planlarını
soruşur. İstifadə olunan balıq isə təsadüfi olaraq seçilmir. Əgər kürəkən bu
ağrıya dayana bilərsə, evlilik həyatının çətinlikləri ilə başa çıxa biləcəyini
sübut etmiş olur.
İsveçrə
Bu adət İsveçrədən əlavə bəzi
Himalay adaları ölkələrində də yayılmış bir adətdir. İsveçrədə toylar üstündə
donuz şəkli olan dortun təqdim olunması ilə başlayır. Tort adətən badam yağı ilə
hazırlanır və donuza bənzəyən şəkildə bəzədilir. Bu adətin evlilərə yaxşı bir
şans gətirəcəyinə inanılır.