Zibil maşını qadını belə əzdi - ANBAAN VİDEO

20.08.2023
-
21:20
|
|
Moskva yaxınlığındakı Balaşixada yaşayış binasının girişində zibil maşını yaşlı qadını əzib.
Referans.az xəbər verir ki, qəzanın videosunu Moskva vilayətinin prokurorluğu yayıb.
1937-ci il təvəllüdlü rusiyalı qadın aldığı xəsarətlərdən təcili yardım gələnə qədər dünyasını dəyişib. Görüntülərdə təqaüdçünün girişə qədər yolu keçdiyi görünür. Qadın maşının sağ təkərinə yaxınlaşanda zibil maşını hərəkətə başlayıb.
Şöbə qəzanın bütün hallarının müəyyən edilməsinə nəzarət edir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsi (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma”) ilə cinayət işinin başlanması barədə qərar müzakirə edilir.