Niyə zamanla partnyorlar arasında cinsi İSTƏK AZALIR? - Bunları MÜTLƏQ BİLMƏLİSİNİZ!

Böyük Britaniyada aparılan bir araşdırmada, uzun müddətli münasibətlərdə, cinsi istəyin həm qadınlarda, həm də kişilərdə azalması müşahidə olunub. Araşdırmaya görə, yaş artdıqca, həm qadınlarda, həm kişilərdə cinsi istək azalır, lakin bu azalma hissinə qadınlarda daha çox rast gəlinir. Sağlamlıq problemləri və emosional bağ qura bilməməyin həm qadınlarda, həm kişilərdə cinsi istəyi söndürdüyü bildirilir. Bu məlumatlar, 16-74 yaş arasında olan, təxminən beş min kişi və altı min yeddi yüz qadın arasında aparılan araşdırma nəticəsində ortaya çıxıb.
Bəs
niyə zamanla partnyorlar arasında cinsi istək azalır?
Məsələ
ilə bağlı Referans.az-a danışan həkim-psixiatr, uzman dr. Azər Bağırov bildirib
ki, zamanla cinsi istəyin azalması bir neçə faktordan asılıdır:
“Bioloji faktorlar, özgüvən, ilk cinsi təcrübələrin müsbət olması, uyğun partnyorun mövcudluğu və qeyri-cinsi sahələrdə partnyor arasında isti münasibət.Bu amillərdən hər hansı biri ilə bağlı problemlər cinsi istəyi azalda bilər. Cinsi istəyin azalması cütlük münasibətlərində əhəmiyyətli sıxıntı və ya çətinliklərə səbəb olur. Cinsi əlaqənin sıxlığı münasibətin müddətindən asılı olaraq dəyişə bilsə də, normal olaraq təyin edə biləcəyimiz bir sıxlıq yoxdur. Yaş, cinsi əlaqə prosesinin doyuruculuğu, hamiləlik və münasibətdə keçən vaxt cinsi əlaqənin sıxlığına təsir edən aparıcı amillərdir. Uzun müddətli əlaqələrdə cinsi həyat bir eynilik tsiklinə girə bildiyi üçün partnyorların bir birinə marağı itə bilər”.
Psixiatr bildirib ki, cinsi istəyin azalması heç bir səbəb olmadan 6 aydır davam edirsə cinsi istəksizlik diaqnozu qoyulur. Onun sözlərinə görə, partnyora və ya həyat yoldaşına qarşı hiss edilən cinsi istəksizlikdə stresli iş həyatı, ekonomik problemlər, münasibətlərdə münaqişələr, monotonluq, günlük məşquliyyətlərin artması, yorğunluq cütlər tərəfindən səbəb göstərilə bilir: “Ancaq bunlar əsas səbəbləri maskalamaq üçün gətirilən bəhanələr olur. Münasibətin ilk vaxtlarında partnyoru əldə etmək üçün səy göstərilməsi, lazım olması öz özünə cinsi istək yaradarkən, evləndikdən sonra buna ehtiyac qalmaması libidonu aşağı sala bilir. Evlilikdə cinsi oyunlar ilə cinsi həyatı rəngləndirmək, fantaziyaların bir biri ilə paylaşılması uzun müddətli münasibətin aqibəti olan libido azalmasının qarşısını ala bilər. Bunun tərsinə, cinsəllik haqqında danışılmaması və ya fantaziyalara bir çox qadağalar gətirilməsi münasibətlərdə cinsəlliyin monotonlaşmasına və enerjisini itirməsinə səbəb olur”.
Azər Bağırov əlavə edib ki, uzun münasibətlərin yaratdığı problemlər bir-birinə
bənzəyir. Misal üçün, Sevginin azalması, münasibətin monotonlaşması, ünsiyyətin
olmaması, cinsi istəyin azalması, evlilik təzyiqi, psixoloji problemlər, kənar
müdaxilələr, uşaq istəyi və bir çox problem uzun müddətli münasibətlərdə yaranan
problemlərə misal ola bilər. Uzun münasibətlərdə cinsi istəyin olmaması ən çox
rast gəlinən problemlərdəndir. Bu problem bir müddət sonra qəbullanılsa və ya
gözardı edilsə də, ayrılıq, aldatma, boşanma kimi vəziyyətlərlə nəticələndiyinə
də şahidlik edirik. Uzun müddətli münasibətlərdə cinsi istəksizlik həftələr və
ya aylarla davam edəndə partnyorlar arasında soyuma baş verir və bu vəziyyətdən
qurtulmaq çox çətinləşir.
Qadınlarda cinsi istəksizlik problemini
aradan qaldırmaq bir az asan olsa da, kişilərdə bu vəziyyət daha çətin ola
bilər. Cinsi istəksizliyin müalicəsi bu gün mümkündür. Problemi cinsi
partnyorla bölüşmək və sonra bir mütəxəssislə məsləhətləşmək son dərəcə
vacibdir. Müalicə üsulu olaraq, indiki anda baş verənlərə diqqəti yönəltməyi
hədəfləyən Fərqindəlik Əsaslı Koqnitiv Terapiya (Mindfullness therapy), cinsi terapiya
və cütlük/ailə terapiyası tətbiq oluna bilər – deyə Azər Bağırov qeyd edib.