Mənzili olanların DİQQƏTİNƏBu hüquqlardan...

menzili-olanlarin-diqqetine-bu-huquqlardan-1693217005
|
|

Türkiyədə subaylara kirayə ev verməyənlər cəzalandırılacaq. Belə ki, subay şəxsələrə evlərini kirayə verməyənlər ayrı-seçkilik etdikləri üçün 90 min lirə cərimə olunacaq. Əslində sözügedən mövzu ilə bağlı problemlərə ölkəmizdə də tez-tez rast gəlinir. Bəs görəsən bu cür hallarda mülkiyyət sahibinin hansı hüquqları var və bu məsələ necə tənzimlənməlidir? Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Referans.az-a danışıb.

“Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və xüsusi mülkiyyət qanunla qorunur. Eyni zamanda Azərbaycan Respublikasında vətəndaşlar onların mülkiyyətində olan əmlaklarla bağlı tam sərbəst qərar vermək hüququna malikdirlər. Vətəndaşların belə hüquqlarının məhdudlaşdırılması və ya bu qəbildən olan tədbirlər tətbiq etməklə onları hər hansı qısıtlamalara məcbur etmək yolverilməzdir. Avropa İnsan Hüquqları Konvensiyası və onun protokolları da vətəndaşların özlərinin mülkiyyətində olan əmlaklarla bağlı qərarların qəbul olunmasını tamamilə məqbul hesab edir. Amma məsələn, vətəndaşın hansısa ünvanda şəxsi mülkiyyətində olan mənzili varsa, onu subay və ya başqa kateqoriyadan olan şəxsə kirayə verməməyə tam haqqı var. Dövlətin bununla bağlı hər hansı bir qadağanı və ya cəriməni tətbiq etməsi yolverilməzdir. Bu onların mülkiyyət hüquqlarının tamamilə pozulması anlamına gəlir. Bu səbəbdən Türkiyədə tətbiq olunan bu qadağa hər hansı zərurətdən irəli gəlirsə də, bu gün Azərbaycan Respublikasında belə bir qaydanın tətbiq edilməsi zərurəti yoxdur. Vətəndaşlar öz əmlakları ilə bağlı qərar qəbul etməkdə tam sərbəstdir. Dövlətin vətəndaşların bu mülkiyyət hüquqlarına müdaxiləsi yolverilməzdir”.

Nazim Hacıyev