Azərbaycanda qadınlar və kişilər niyə XƏYANƏT EDİR? - Xəyanət edən qadın BUNLARI EDİR!

Son illər Azərbaycanda qeydə alınan boşanmalara səbəb kimi xəyanətin
başlıca rol oynadığı bildirilir. Müşahidələr göstərir ki, kişilərlə yanaşı,
qadınlar da həyat yoldaşlarının xəyanətini bağışlamır. Bu da ailələrin
dağılmasına gətirib çıxarır.
Xəyanət dedikdə münasibət daxilində cütlüklərin birinin üçüncü bir şəxslə
fiziki, cinsi və emosional ünsiyyət qurması nəzərdə tutulur. Cəmiyyətdə xəyanətə
münasibət birmənalı deyil. Xüsusilə, Azərbaycanda qadınların xəyanət etməsi bəzən
böyük faciələrlə nəticələnir. Xəyanət bütün zamanların aktual problemidir. İstənilən
yaş dövründə, bəzən səbəbi anlaşılmaz olan xəyanət faktlarına rast gəlinir.
Görəsən, həqiqətən, xəyanətin səbəbləri nələrdir?
Məsələ ilə bağlı Referans.az-a danışan psixoloq Nizami Orucov
bildirib ki, Xəyanət əslində hər dövrdə aktual olub, amma indi gündəm çox
genişdir:
“Ailə psixologiyası bu gün psixologiyanın ən gündəmdə olan sahələrindəndir. Çünki dünya inkşaf etdikcə, insani dəyər və münasibətlər dəyişdikcə, qadın və kişi arasındakı münasibətlər də dəyişir. Məsələnin psixoloji kontekstindən əlavə demək olar ki, bütün insanlar öz həyatlarını bölüşmək istəyi duyurlar və təbii ki, dəyişən ailə dəyərləri, insan psixologiyası da buna təkan verir. Əsas səbəblərdən biri də insanların özləri ilə vaxt keçirməməsi, bir birlərini yetəri qədər tanımamasıdır”.
Psixoloq
bildirib ki, günümüzün insanı çox tələskən və ittiham etməyə meyillidir.
Danışıb həll edilməyən, təxirə salınan problemlər isə özü ilə ailə daxili
aqressiya və konflikt gətirir. Onun sözlərinə görə, əfsuslar olsun ki, ailə dəyərləri
günümüzdə tənəzzülə uğrayır: “Bunun konkret cavabını vermək
düzgün deyil. Çünki insan həm bioloji həm də sosial varlıqdır. Bu mövzuda bir
çox səbəb ola bilər. Amma əsas məsələ cütlüklərin problemi nə olursa olsun həll
etmək istəməsidir. Bu halda o ailəni qorumaq mümkündür. Səbəbləri isə ancaq həmin
cütlük ilə işləyib bilmək mümkündür”.
Nizami Orucov qeyd edib ki, bəzən şəxsin fərdi travmaları münasibətdə daimi gərginlik yaradır. Cütlüklərin yaranmış probləri həll etməyə çalışmaması, heç kəsin özündə təqsir görməməsi də buna misal ola bilər. Cütlük terapiyalarında tez-tez insanların tək gəldiyini görürük və problem iki fərddə də olsa belə bir tərəf qarşılıqlı anlaşmadan boyun qaçırdır. Buna görə də səbəb fərdi travmatik də ola bilər, ailə daxilində də.
Aqil Qarayev