XİN: “Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib” - FOTO 

xin-ermenistan-erazi-iddialarinin-davam-etdiyini-bir-daha-subut-edib-fotonbsp-1695065583
|
|

Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib.

Referans.az xəbər verir ki bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

“UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, - paylaşımda qeyd olunub.(oxu.az)