Xocavənddən ACI XƏBƏR:həlak olanlar var - Adları bilindi

son-deqiqe-minaya-dusenlerin-kimliyi-melum-oldu-1695096775
|
|

Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.


Bu barədə Referans.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.


Bildirilib ki, nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.


Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı müvafiq araşdırma aparılır.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!