Son görüşlərdən sonra Xankəndində idarəetmə BELƏ OLACAQ – Polis və digər qurumlar bu tarixdən...

Ötən həftə baş tutan
anti-terror əməliyyatlarından sonra ağ bayraq qaldıran və danışıqlarla başlayan
separatçıların qanunsuz “idarəetmə” fəaliyyətləri demək olar ki, tamamilə
çöküb. Erməni icmasının yaşadığı ərazilərdə ən primitiv ehtiyacların
qarşılanmasında belə aciz olan separatçı xunta yavaş-yavaş öz yerini qanuni Azərbaycan
hakimiyyətinə vermək üzrədir. Bəs görəsən Xankəndində qanunsuz xunta rejimi öz
fəaliyyətini tam olaraq nə zaman bitirəcək? Azərbaycan polisi Xankəndində və ətraf
ərazilərdə fəaliyyətə hansı vaxtdan etibarən başlayacaq? Bu və digər suallarla
bağlı politoloq Samir Hümmətov Referans.az-a danışıb.
“Qarabağdakı separatçı rejimin
özünü buraxma prosesinin yaxın zamanlarda tam reallaşması gözlənilir. Son
proseslərdən sonra erməni sakinlərə bütün kommunal xidmətlərin, qida və dərman
vasitələrinin Azərbaycan tərəfindən verildiyi üçün artıq separatçı rejimin təsir
imkanları olduqca məhdudlaşdırılıb. Bütün bu faktorlar Qarabağın erməni əhalisində
Azərbaycan yönümlü müsbət fikirlərin formalaşmasına birbaşa təsir göstərir. Məncə
bundan sonra separatçı rejimin əlində hər hansı hüquqi statusu qalmayacaq. Yaxın
zamanlarda separatçıların və yerdə qalan qanunsuz silahlı birləşmələrin sülhməramlılara
məxsus helekopterlərlə Qarabağı tərk etməsi və xarici ölkələrə qaçması gözlənilə
bilər. Əlbəttə ki, xunta rejim qaçdıqdan sonra idarəetmə tam şəkildə Azərbaycana
keçəcək və hesab edirəm ki, mərhələli şəkildə polis asayişi qorumaq üçün fəaliyyətə
başlayacaq. Əlavə olaraq ermənilər və azərbaycanlılar arasında birlikdə
yaşayışı, münasibətləri və əlaqələri müşahidə etmək üçün monitorinq mərkəzi də
yaradıla bilər. Düşünürəm ki, 2025-ci ilə kimi mərhələli və sistemli şəkildə Xankəndidə
və erməni əhalisinin yaşadığı digər ərazilərdə Azərbaycan polisinin, digər güc
strukturlarının, idaretmə orqanlarının fəaliyyəti tam formada oturuşmuş olacaq.
Bu dövlətimizin konstusiyon səlahiyyətləridir və onu da tam şəkildə həyata
keçiriləcək”.
Nazim Hacıyev