Bankda əmanəti olanların DİQQƏTİNƏ - 10 faizi məbləğində...

vetendaslarin-investisiyalarina-tetbiq-olunan-depozit-meblegi-nece-hesablanir-ekspert-izah-edir-1696508687
|
|

Fiziki şəxslər tərəfindən banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının yeddi il fasilədən sonra bu ilin fevralın 1-dən bərpasına rəğmən, bu sahədə artım davam edir. Yəni, bir çox gözləntilərə baxmayaraq, əhalinin əmanət yerləşdirməsi tendensiyası öz əvvəlki dinamikasını qoruyub saxlayır. 

Xatırladaq ki, vergi güzəşti 2016-cı ilin fevralından yeddi il ərzində mövcud olub. Bu müddətədək isə əmanətlər üzrə gəlirlər tam olaraq ödənilirdi. Hansı ki, həmin vaxt da əslində banklara əmanət yerləşdirilməsi, dividend və yaxud depozit faizləri sahəsində müsbət ab-hava hökm sürürdü.

Sonuncu statistikaya əsasən cari ilin ilk beş ayının yekununa ölkə üzrə kredit təşkilatlarında yerləşdirilmiş cəmi depozit və əmanətlər üzrə həcm 35 milyard 393 milyon 100 min manat təşkil edib ki, bunun da 12 milyard 400 milyon 700 min manatı və yaxud 35%-i ev təsərrüfatlarına aiddir. Vətəndaşların investisiyasına tətbiq olunan depozit necə hesablanır?

Bu suala iqtisadçı-ekspert Elnur Kazımov Referans.az-a açıqlamasında cavab verib.

“Depozit əsas məbləğdən deyil, əldə olunan faiz gəlirinin 10 faizi məbləğində gəlir tutulur. Bununla bağlı ödəmə məbləhesabatı banklar özləri təqdim edir. Məsələn, vətəndaş banka 100 min manat vəsait qoyub, onun vəsaitinə 12 faiz tətbiq olunur və 12 min manat gəliri var. Bu 12 min manatın 10 faizi məbləğində vergi ödənilməlidir. Geridə qalan 10 min 800 manat isə vətəndaşa ödənilir”.

 

Fidan Vəlisoy