Kriptovalyuta almaq istəyənlərin DİQQƏTİNƏ – Bunları mütləq bilməlisiniz

kriptovalyuta-almaq-isteyenlerin-diqqetine-bunlari-mutleq-bilmelisiniz-1697094253
|
|

Kriptovalyuta – virtaul (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır.


Bəs görəsən ölkəmizdə bu sahə hansı qanunlarla tənzimlənir və hüquqi tərəfləri tam olaraq nədən ibarətdir?


Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Referans.az-a danışıb.

 

“Blokçeyn texnologiyası və kriptovalyuta anlayışları ümumiyyətlə Azərbaycan qanunvericiliyində yenidir. Amma bu sahəni tənzimləyən Nazirlər Kabinetinin müvafiq qərarları, sərəncamları və qaydaları mövcuddur. Eyni zamanda bu sahədə əməliyyatlar icra olunarkən Mərkəzin Bankın "Marja ticarət qaydası" adlanan qaydası mövcuddur və icra-prosedur fəaliyyətlər bu qaydalara uyğun tətbiq olunur. Burada əsas məsələ ondan ibarətdir ki, kriptovalyuta əməliyyatları zamanı ödəniş üsulu forması və pul növü olduğundan dolayı hər hansı kağız toxunaqlığından söhbət getmir. Kriptovalyuta almış şəxslər əlbəttə ki, müvafiq bank hesabları vasitəsi ilə ödənişlər edirlər və həmin bank hesablarından çıxan pula görə qeyri-rezidentə ödənilən ümumi məbləğin 10 faizi həcmində vergiyə cəlb olunurlar. Əgər bu yerli rezidentlər tərəfindən həyata keçirilirsə, tutaq ki, vətəndaş hansısa kriptovalyutanı 100 dollara alırsa və əvəzində 10 gün sonra onu 200 dollara satırsa, "Marja ticarət qaydası"na uyğun olaraq açılış və bağlanış əməliyyat müqavilələri göstərilməklə şəxsin qazancı 100 dollar olaraq qəbul edilir və həmin 100 dollara görə 14 faizlik gəlir vergisinə cəlb olunur. Ümumiyyətlə dəyişən dünyada mütləq şəkildə bu əməliyyatları icra edən vətəndaşlarımız elektron sahədə təhlükəsizlik tədbirlərini yerinə yetirməyə borcludurlar. Eyni zamanda vergi ödəyicisi olaraq qeydiyyatdan keçməklə bu əməliyyatları icra etdikləri zaman əldə etdikləri gəlirin vergisini ödəmək öhdəliyi daşıyırlar. Bu sonrakı dövrdə bəyan olunmamış vergilərə və əldə olunmuş gəlirin hardan əldə olunmasına göstərildiyi zaman problem yaratmasın”.

 

Nazim Hacıyev