"Yeni il"də istirahət günləri AÇIQLANDI - RƏSMİ 

yeni-ilde-istirahet-gunleri-aciqlandi-resminbsp-1701084720
|
|

  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 4 gün iş olmayacaq.

 

Referans.az xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

 

Müvafiq olaraq 2023-ci il 31 dekabr bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2024-ci il 3 yanvar tarixi qeyri-iş günü olacaq.

 

Beləliklə, Yeni ildə 4 gün ardıcıl qeyri-iş günü olacaq.