Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ: Ölü və yaralılar var – VİDEO

dehsetli-qezanin-goruntuleri-olu-ve-yaralilar-var-video-1701143644
|
|
Türkiyənin Sivas şəhərində dəhşətli yol qəzası baş verib.

Referans.az xəbər verir ki, sərnişin avtobusu yol kənarında dayanmış yük maşınına çırpılıb.

 
Dəhşətli qəzada 1 nəfər ölüb, 2 sərnişin yaralanıb.

Hadisədən dərhal sonra qəza yerinə polis, jandarma və təcili yardım gəlib. Qəza nəticəsində avtobusun köməkçi sürücüsü Əli Rıza Çiçəyin öldüyü müəyyən edilib. Yaralı sərnişinlər Aslı G. və Əli E. təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.