Çörəyin qiyməti ilə bağlı təcili XƏBƏR - Bu tarixdən...

coreyin-qiymeti-ile-bagli-tecili-xeber-bu-tarixden-1701168663
|
|
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, noyabrın 29-dan etibarən, buğda ixracı üçün rüsum dərəcəsi 13,1 faiz azalacaq. Rüsum bir həftə əvvəlki 4395,4 rubl ilə müqayisədə 3820,2 rubl təşkil edəcək. Qarğıdalının ixrac rüsumu bir ton üçün 1013,1 rubldan 642 rubla qədər azalacaq. Rüsumlar dekabrın 5-dən qüvvəyə minəcək.


Məlum olduğu kimi, Azərbaycan taxıl idxal etdiyi ölkələrdən biridir. Bəs, bu qərar ölkəmizdə taxılın və çörəyin ucuzlaşmasına səbəb ola bilərmi?


Referans.az xəbər verir ki, bu barədə Tribunainfo.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, Rusiya Federasiyanın buğda və taxıl ixrac rüsumlarında tətbiq edəcəyi güzəştlər ölkəmizdə də taxılın və xüsusi ilə də çörəyin qiymətinə təsir edəcəyi gözlənilir:



“Lakin daşınma xərclərinin, xüsusi ilə yanacağın qiymətindəki artımı da nəzərə almaq lazımdır. Ümumiyyətlə, qida sektorunda bir dəfə qiymət artdısa enmir. Çörəyin qiymətində bəzən olub, oda ki, 5 qəpik. Buğdanın və yanacağın qiymətində artım olan kimi çörək zavodları qramı endirirdi. Ehtimal ki, hal-hazırkı vəziyyətdə qramı qaldırsınlar. Lakin qiymətlərdə dəyişiklik gözlənilmir. Digər tərəfdən il sonu yaxınlaşır, yeni ildən əmək haqqı və təqaüdlərdə, qida sektorunda qiymət artımı gözlənilir, bu səbəbdən də balans pozula bilər”.