Bakı bu il Şaxta baba və Qar qızsız qaldı

Yeni il bayramına sayılı günlər qalıb.
Hər il bayramda şəhərin mərkəzi küçələrində şam ağacları bəzədilir, Yeni il personajları - Şaxta baba və Qar qız fəaliyyət göstərir. Yeni il personajları lisenziya əsasında, müəyyən edilən rüsumu ödəyərək xidmət edirlər. Neçə ildir ki, bu rüsum 60 manat təşkil edir.
Amma artıq Şaxta baba və Qar qız olmağa maraq göstərənlərin də sayı azalıb. Buna əsas səbəb qoyulan rüsum, digər səbəb isə vətəndaşların ödəniş etmədən, öz mobil telefonları ilə şəkil çəkdirmək istəməsidir.
Bu ayın 13-dən etibarən isə müraciətlərin qeydə alınacağı planlaşdırılmışdı.
Ötən 7 gün müddətində Yeni il personajı olmaq üçün müraciət edən varmı?
Referans.az xəbər verir ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, hələlik müraciət edən yoxdur:
“Bu il üçün müraciət qeydə alınmayıb. Ötən il də müraciət edən olmamışdı".