Xaricdə təhsil alanlar üçün BƏD XƏBƏR: Diplomunuz tanınmaya bilər! / VİDEO

22.12.2023
-
11:30
|
|
Xaricdə təhsil almaq bir çoxlarının arzusudur. Hər il yüzlərlə tələbə bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil almaq üçün xaricə üz tuturlar. Ancaq bəzi tələbələr var ki, xaricdə oxuyub gəldikdən sonra diplomları tanınmır.
Referans.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov diplomların tanınması ilə bağlı imtinalar üç hissədən ibarət olduğunu qeyd edib.
Ekspert bildirir ki, bəzən tələbələrin təhsil aldıqları xarici universitetlər qanuni əsaslarla fəaliyyət göstərmir və bu da diplomun tanınmamasının əsas səbəbidir. Xüsusən, Gürcüstanda, Ukraynada, Rusiyada belə universitetlərə daha çox rast gəlmək olur.
Daha ətraflı video-materialda: